Yeni il mətbəx dekoru necə olmalıdır?

Yeni il öz gəlişi ilə insanların qəlbinə yeni ümidlər və arzular gətirir. Hər il keçən ildə yaşadığımız çətinlikləri yeni ildə rahatlıqla, xoşbəxtliklə əvəz olunacağına inanırıq. Biz elə etməliyik ki, yeni il bizim evimizə, mətbəximizə, ətraf aləmimizə də təsir etsin.

Xatırladırıq ki, "149 Xanımların Xətti" olaraq dekabr ayının sonuna qədər alınan bütün dekorlarımızda kəskin endirimlər var. Sadəcə yeni il üçün deyil, istənilən toy, nişan, xına, ad günü kimi özəl günlərlə bağlı istənilən dekor xidmətimizdən istifadə edə bilərsiniz.

Mətbəxiniz üçün 5 dekor fikri!
Biz "149 Xanımların Xətti" olaraq sizə mətbəxinizi sadə və ucuz yolla yeni ilə uyğun dizayn etmək üçün 5 dekor fikri təqdim edirik.

1.Mətbəx dolabları ilə tavanınız arasında boşluq varsa bu hissəni milad çələngləri ilə bəzəyin. Bu ənənəvi yeni il bəzəyi kimi rahatlığın və istiliyin simvoludur.

yeni il4 - Yeni il mətbəx dekoru necə olmalıdır?

2.Əgər mətbəx masanız böyükdürsə masanın üzərinə kiçik bir şam ağacı qoya bilərsiniz. Ağacın sabit durması üçün ağacın çox uzun olmamağına diqqət edin.

yeni il75 - Yeni il mətbəx dekoru necə olmalıdır?

3.Yemək süfrəsində yeni il ab-havası yaratmaq üçün yaşıl ilə qırmızı və ya qırmızı ilə ağ rənglərin kombinasiyalarını əks etdirmək gözoxşayan görüntü verəcəkdir. 2019-cu ilin “Sarı Torpaq Donuz” ili olduğunu nəzərə alaraq süfrənizi bu mövzuya uyğun da bəzəyə bilərsiniz.

yeni il8 942x1024 - Yeni il mətbəx dekoru necə olmalıdır?

4.Stullarınızı qırmızı parça, tül və lentlərlə bəzəyərək mətbəxinizdə yeni bir aura yaradın.

yeni il789 819x1024 - Yeni il mətbəx dekoru necə olmalıdır?

5.Mətbəxdə pəncərələriniz üçün də bəzi təkliflərimiz var. Pəncərənizi dekorativ şamlarla, oyuncaqlarla xüsusi dekor edə bilərsiniz ki, bu da həm evin içindən, həm də çölündən gözəl görüntü yaradacaq.

yeni il66 1024x640 - Yeni il mətbəx dekoru necə olmalıdır?

"149 Xanımların Xətti"nin sizə özəl xidmətlərilə buradan tanış ola bilərsiniz.